“İran şirkət adıdır, tarixdə bu adda yer olmayıb” – Tarixçi alimdən SENSASİON AÇIQLAMALAR 

İki ildən sonra İran dövlətinin yaranmasının 100 ili tamam olacaq. Baxmayaraq ki, çoxları İranın tarixi dövlət olduğunu deyir. Halbuki, hazırda mövcud olan İran dövlətinin ərazisində yüz illər boyu azərbaycanlıların yaratdıqları və hökmdarlıq etdikləri dövlətlər olub.

Yalnız 1925-ci ildə Vatikan və anqlo-saksların təşəbbüsü və dəstəyi ilə İran dövləti yaradılıb. Doğrudur, bu ərazilərdə farslar da etnik tayfa kimi yaşayıblar. Və onlar tarixi mənbələrdə belə xatırlanır:  

"Farsdan gələn xəbərlər", "Farsa göndərilən dəstə", "Farsda baş qaldıran üsyan" və s.

İran dövlətinin yaradılmasının bir səbəbi türk və müsəlman birliyini parçalamaq, digər səbəbi isə zəngin karbohidrogen ehtiyatalara sahib əraziləri birbaşa Vatikan və anqlo-saksların nəzarətinə keçirtmək idi. 

İran dövləti necə yarandı? İran adı haradan götürülüb?

Bu və ya digər suallara aydınlıq gətirmək üçün tarixçi alim, dosent Zaur Əliyevlə həmsöhbət olduq. 

Alim Bizim.Media-ya müsahibəsində bir çox maraqlı faktları açıqlayıb. Həmin müsahibəni təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

İran mətbuatı Azərbaycana qarşı təxribatlardan niyə əl çəkmir?


- Zaur müəllim, əvvəla ondan başlayaq ki, niyə tariximiz yanlış yazılıb? Bu yanlışlıqlar hansı güclərin işinə yarayır?

- Bəli, doğru dediniz. Tariximiz çox yanlış yazılıb. Məsələn, başlayaq qədim Alban dövlətindən. Tarixdə Alban dövləti olmayıb, onun əsl adı Ağvandır. Bizim son zamanlar əldə etdiyimiz nadir tarixi sənədlər də sübut edir ki, bu dövlətin adı Ağvan olub. Çox təəssüf ki, istər Çar Rusiyası, istərsə də Sovetlər vaxtı bizim tariximiz tamamilə yanlış yazılıb.

Və ən dəhşətlisi də odur ki, biz bu gün rusların yazdıqlarını əsas tarixi mənbə, istinad yeri kimi göstəririk. Məhz rus tarixçilərinin təşəbbüsü ilə bizim tariximizdən Ağvan və Xəzər xaqanlığının tarixi silinib. Çünki, Xəzər xaqanlığı və Ağvan məsələsi ilə biz dünyaya göstərə bilərik ki, bu coğrafiyada hansı xalqlar aborigen, hansı xalqlar gəlmədir. Nə yazıq ki, bəzi güclər bu gün də dediyimiz həqiqətlərin üzə çıxmasını istəmirlər.

- Çox təəssüf ki, yanlış yazılan tarixin əziyyətini bu gün də çəkirik... 

- Tamamilə. Bu gün gənc nəslə və dünyaya təlqin edilir ki, guya Səfəvilər də, Əfşarlar da və hətta Qacarlar da İran dövlətləri olub. Halbuki, bu dövlətlərin rəsmi dövlət dili Azərbaycan dili olub. Onun rəhbərləri də azərbaycanlılar olub .Onların farslarla uzaqdan-yaxından heç bir əlaqəsi olmayıb. 

- Bəs, indi nəyi gözləyirik? Niyə tariximizi yenidən və olduğu kimi yazmırıq?

- Həqiqi tariximizi yazmaq üçün tarixçilərimiz, arxeloqlarımız və dilçilərimiz bir araya gəlməlidirlər. Bu üçlük sayəsində əsl Azərbaycan tarixi yazıla bilər. Nə yazıq ki, bu vaxtadək yazılan kitablarda ancaq tarixçilərin fikirləri yer alıb.

Orda heç bir dilçinin və arxeloqun izini görmürük. Üstəlik, yazılan tarix kitablarımızın demək olar ki, hamısı rus mənbələrinə istinadən yazılır. Rus mənbələrində isə Azərbaycanın tarixi 100 faiz təhrif olunub. Məhz bunun nəticəsidir ki, son vaxtlar 17 tarix kitabı yazılıb. Və bu kitabların hamısı bir-birini inkar edir. Bu da ondan irəli gəlir ki, tariximizi öyrənməyə “5-ci kolon” mane olur. 
Hər bir xalqın tarixi onun abidələri, daş kitabələri ilə müəyyən edilir. Çox təssüf ki, bizim tarixi abidələrimiz təkcə Qarabağda ermənilər tərəfindən dağıdılmır. Həm də regionlarda və paytaxtımızda məhv edilir. Amma tarixçilər susur. Onlar tarixi öyrənmək üçün kabinetlərdən çıxmalıdırlar. Nə vaxta qədər ki, tarixçilər tariximizi kabinetlərdən yazacaq, ona qədər də tariximiz yanlış yazılacaq.  

- Yazılan tarixlərdə ən böyük yanlışlıqlardan biri İranla bağlıdır. Bizə elə təlqin ediblər ki, guya yüz illər boyu İran dövləti olub və azərbaycanlılar da bu dövlətin tərkibində yaşayan etniklər olub.

- Kökündən səhv yanaşmadır. Bildiyimiz kimi, XIX əsrin sonralarında və XX əsrin əvvələrində neft bumu başladı. O zaman dünyanın hər yerindən milyonçular Bakıya və Qacarlar dövlətinin ərazilərinə axın etdilər. Maraqlıdır ki, 1900-cu ilin əvvəllərində ingilislər Qacarlar dövləti ərazisinə də gəldilər. Orada da böyük neft yataqları aşkarladılar. 

Lakin, həmin ərazidə yaşayan azərbaycanlılar ingilisləri yaxın buraxmadılar. Bunu görən ingilislər hiyləyə əl atdılar. İngilis şirkətləri gedib Hindistandan çoxlu sayda zəhərli ilanlar gətirib həmin əraziyə buraxdılar. Məhz bu zəhərli ilanlardan qorxan azərbaycanlılar neft yataqlarından köçüb qaçdılar. Və həmin ərazidə yeni neft şirkəti yaratdılar.
Şirkətin adı isə İran oldu. Yəni, İran coğrafi ad deyil. İran böyük güclərin yaratdığı bir şirkətin, brendin adıdır. Bu şirkətə ancaq farslar işə götürülürdü. Sonradan bu şirkət siyasi proseslərə cəlb edildi. Nəticədə Qacarlar dövləti süquta uğradıldı. Və ingilis kəşfiyyatı onlarla şərik işləyən Pəhləviləri gətirib yeni yaratdıqları dövlətə şah qoydular. 

- Doğrudan da, 1925-ci ilə qədər heç bir tarixi mənbədə Pəhləvilər sülaləsinin hansısa dövlətin yaradıcısı, daşıyıcısı olduğu qeyd edilmir?

- Pəhləvilərin hakimiyyətə gətirilməsinin də dərin kökləri var. Yada salaq ki, regional güc savaşında Qafqazı ingilislər ruslara güzəştə gedib. Çünki, Pyotr Hindistana qədər əraziləri nəzarətinə keçirtmək istəyirdi. Rusları dayandırmaq üçün 200 il ərzində Qafqaz tədricən rusların nəzarətinə verildi. Əvəzində ingilislər Hindistanda və Qacarlar dövlətində möhkəmləndi.  

Sonda isə Vatikanın və anqlo-saksların birgə layihəsi olan İran dövləti yaradıldı. Yenə deyirəm, tarixdə 1925-ci ilə qədər İran adlı heç bir dövlət və coğrafi ərazi olmayıb. İran adının farslarla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur.

- Bəs, yeni dövlətin farsların idarəçiliyinə verilməsində məqsəd nə idi?

- Səbəb sadədir. Farslar da ermənilər kimi rahat idarə olunur. Məkrlidirlər və türkçülüyü və islam həmrəyliyini qəbul etmirlər. Bundan böyük səbəb nə ola bilər ki?!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Binəqədidə işıq kəsiləcək

Binəqədidə işıq kəsiləcək

12 yaşlı oğlan dəm qazından boğuldu

12 yaşlı oğlan dəm qazından boğuldu

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Qasım Məmmədovun yerinə o təyin edildi

Qasım Məmmədovun yerinə o təyin edildi

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Nailə İslamzadənin qış tətili – VİDEO

Nailə İslamzadənin qış tətili – VİDEO

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

End of content

No more pages to load

RADİO