Şuşada Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb - FOTO/VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.

Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.

Məlumat verilib ki, bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.
Dövlət başçısı, birinci xanım və ailə üzvləri, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgidə onun Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. 

Sərgidə astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də nümayiş olunur.
 




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb – RƏSMİ

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb – RƏSMİ

"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır

Salyanda qəbiristanlıqdan meyit tapıldı

Salyanda qəbiristanlıqdan meyit tapıldı

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

İtaliyada helikopter qəzası: Ölənlər var

İtaliyada helikopter qəzası: Ölənlər var

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

End of content

No more pages to load

RADİO