Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Belçikanın paytaxtı Brüssel şəhərində NATO baş katibinin köməkçisi Devid Kattler ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş Müttəfiq Ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında keçirilən iclas çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Bizim.Media