Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılmasına dair saziş imzalamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın rəhbəri Arman Yeqoyan İrəvanla Bakı arasında aparılan danışıqların təfərrüatlarını açıqlayarkən deyib.
Onun sözlərinə görə, Ermənistan Bakı ilə Xankəndi arasında dialoqun baş tutması üçün hər şeyi edəcək.
Xatırladaq ki, bu dialoqun Ermənistan da daxil olmaqla heç bir ölkəyə aidiyyatı yoxdur, çünki Qarabağ Azərbaycanın suveren ərazisidir.
Bizim.Media