“Seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycan-Türkiyə birliyi əbədidir” – Zahid Oruc 

“Beynəlxalq təhlükəsizlik sisteminin hazırki böhran şəraitində Türkiyədə keçirilən prezident seçkiləri müstəsna əhəmiyyət daşıyır. Mühüm beyin mərkəzləri, eləcə də Washington Post, Bloomberg kimi nüfuzlu dərgilər seçki nəticələrini Vaşinqton və Moskva ilə birlikdə, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika ölkələrində geosiyasi və iqtisadi hesabları yenidən dəyişəcək hadisə adlandırır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib. 

“Göründüyü kimi, son 20 ildə sürətli dəyişikliklərlə mənəvi və siyasi coğrafiyasını genişləndirən Türkiyə “bölgə dövləti” statusundan çıxıb və seçkilər təkcə ölkəiçi hadisə deyil. Çin seçimlərdə kimə üstünlük verdiyini açıq bildirir, Rusiya prezidenti Akkuyu atom stansiyası ilə nüvə klubuna qoşulan Ərdoğanı dünyada lider böhranı şəraitində əvəzolunmaz adlandırır”, - deyə komitə sədri əlavə edib. 

Zahir Orucun sözlərinə görə, Azərbaycan xalqının Türkiyəyə xüsusi rəğbətinin kökündə başlıca olaraq, Ulu öndərin “bir millət, iki dövlət” ideyasının gerçəkləşməsi  və Vətən müharibəsində Qələbəmizə göstərilən mənəvi-siyasi yardım dayanır: 

“Halbuki Azərbaycanı 1991-ci ildə ilk tanıyan dövlətlə strateji müttəfiqliyə yalnız 2010-cu nail olundu. Əgər 90-cı illərdə Türkiyə Azərbaycana iki vertolyot verməkdə risq görürdüsə, 2020-ci ildə F-16 təyyarələrinin ölkəmizdə varlığı xarici təhlükələrə qarşı birgə savaşın simvoluna çevrildi.

Nəticədə “işğala məruz qalan ölkə” statusu dünyada “tək qalib dövlət” səviyyəsinə yüksəldi, Çanaqqala və Şuşa Zəfəri eyni Qurtuluş hərəkatı adlandı.  

Ona görə də Sosial Tədqiqatlar Mərkəzi Türkiyədə keçirələcək seçkilərə cəmiyyətimizin münasibətini öyrəndi. Bəlli oldu ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti, yəni 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izləyir, 73.3%-i nəticələri ölkəmiz üçün çox əhəmiyyətli sayır. 

Vətəndaşlarımızın 90.4%-i seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyir, yalnız 5.1%-i Kamal Kılıçdaroğlunu qalib görməyi arzu edir.

Rəcəb Tayyib Ərdoğana  rəğbətin səbəbləri Vətən müharibəsində Qələbəyə göstərdiyi prinsipial dəstəyə, azad olunan torpaqlara səfərləri və Zəfərimizin simvolu olan Şuşada imzalanan hərbi-siyasi müttəfiqlik bəyannaməsinə, İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi qətiyyətli mövqeyə, Ermənistanla aparılan “sülh danışıqları”nda birgə hərəkətə, Rusiya-Ukrayna müharibəsində Türkiyəni lider edən müstəqili siyasətə görədir.  

Respondentlərin 68.7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bildirib, 26.0% isə hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan müttəfqliyinin inkişaf edəcəyinə inamını ifadə edib. 

Nəticələr bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti Türkiyənin gələcək siyasətinin dəyişməməsini gözlənilən sülh müqaviləsi, Zəngəzur yolunun açılması, türk və islam dünyasında Türkiyənin liderlik rolunun davam etdirilməsi,  o cümlədən Yaxın Şərq və beynəlxalq münasibətlər sistemi üçün əhəmiyyətli sayır. 
Beləliklə, min illərdir qüdrətli dövlətlər qurmağı bacaran bir millət gələcək taleyini də məhz özü müəyyənləşdirib və inanırıq ki, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan birliyi sarsılmaz, əbədi və dönməz olacaq”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Tiktoker “Velizar” HƏBS EDİLDİ

Tiktoker “Velizar” HƏBS EDİLDİ

Sabah Binəqədinin bir hissəsində QAZ OLMAYACAQ

Sabah Binəqədinin bir hissəsində QAZ OLMAYACAQ

Hər bürc üçün həftənin ƏN YAXŞI günü

Hər bürc üçün həftənin ƏN YAXŞI günü

Babasının vəfatı günündə mükafat XƏBƏRİ - Qusarlı gəncin UĞURU - VİDEO

Babasının vəfatı günündə mükafat XƏBƏRİ - Qusarlı gəncin UĞURU - VİDEO

"Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

"Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

Prezident BƏƏ-də belə qarşılandı - VİDEO

Prezident BƏƏ-də belə qarşılandı - VİDEO

Britaniya rusiyalı diplomatın akkreditasiyasını LƏĞV ETDİ

Britaniya rusiyalı diplomatın akkreditasiyasını LƏĞV ETDİ

Havanın temperaturu aşağı düşəcək, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Havanın temperaturu aşağı düşəcək, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

"Anderlext" baş məşqçini istefaya göndərdi

"Anderlext" baş məşqçini istefaya göndərdi

Gəncədəki partlayışda xəsarət alanların SON DURUMU

Gəncədəki partlayışda xəsarət alanların SON DURUMU

Masazırda partlamış su borusu təmir edildi - Amma keyfiyyətli iş sual altındadır... – VİDEO

Masazırda partlamış su borusu təmir edildi - Amma keyfiyyətli iş sual altındadır... – VİDEO

Braziliya millisinin üzvü “Turan Tovuz”un TRANSFER HƏDƏFİNDƏ

Braziliya millisinin üzvü “Turan Tovuz”un TRANSFER HƏDƏFİNDƏ

Generallar indi polkovnik rütbəsində işləyəcəklər

Generallar indi polkovnik rütbəsində işləyəcəklər

Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək

Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək

Sumqayıtda avtomobil yandı – VİDEO

Sumqayıtda avtomobil yandı – VİDEO

“⁠İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin NƏZƏRİNƏ!

“⁠İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin NƏZƏRİNƏ!

Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Müzəffər GƏNCLİK - Qusarın fəal gəncləri BİR ARADA - FOTO

Müzəffər GƏNCLİK - Qusarın fəal gəncləri BİR ARADA - FOTO

Vəfa Şərifovanı hansı cəza GÖZLƏYİR?

Vəfa Şərifovanı hansı cəza GÖZLƏYİR?

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO

End of content

No more pages to load

RADİO