Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilib.
Məlumatda qeyd edilir ki, Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir.
Göründüyü kimi, Ermənistan tərəfi Laçın yolunda etiraz aksiyalarını şərh edərkən, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və hərbi təxribatlar üçün istifadəyə qarşı olduğunu unudub və Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarının yanlış təfsir etməkdən hələ də çəkinmir.
Bizim.Media