Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol imzalanıb - FOTO

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-cı iclası keçirilib, protokol imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Serbiyanın dövlət başçılarının siyasi iradəsi və ardıcıl səyləri ilə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Möhkəm dostluq və qarşılıqlı etimada əsaslanan bu əlaqələrin daim genişlənməkdə olduğunu bildirib. 

İki ölkə arasında 2013-cü ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı, eləcə də ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlıq sənədləri, həmçinin bu səfər çərçivəsində də sosial sahə üzrə yeni əməkdaşlıq sənədləri imzalandığı qeyd edilib. 

Ticarət əlaqələrinin artmaqda davam etdiyi, ötən il də Azərbaycan və Serbiyanın ticarət dövriyyəsində 17,9 faiz artım olduğu bildirilib. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin faydalı əməkdaşlığı, qarşılıqlı dəstək nümayiş etdirdiyi vurğulanıb.
Azərbaycanda sosial-iqtisadi inkişaf prosesləri, qeyri-neft sektorunun inkişafı, münbit investisiya mühitinin mövcudluğu, Serbiya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, logistika, nəqliyyat baxımından əlverişli coğrafi ərazidə yaradılmış Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd edilib. 

Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviç Serbiya və Azərbaycanın əlaqələrinin dost münasibətləri əsasında daim genişlənməsinin, ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib. 

Azərbaycan və Serbiyanın ticarət-iqtisadi əlaqələrinin yeni layihələr əsasında genişləndirilməsi, enerji, nəqliyyat-logistika sahəsində, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur, inşaat və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri, həmçinin iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması məsələsi müzakirə olunub. 

Sonra Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq prioritetləri əksini tapır. 

İclas çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Serbiyanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib. Biznes forumda Azərbaycan tərəfindən 30-dək, Serbiya tərəfindən 20-dək qurum və şirkət iştirak edib. 
Ötən dövrdə Bakıda və Belqradda 10-dan çox biznes forum və işgüzar görüş təşkil edildiyi bildirilib. İki ölkənin iş adamları arasında ardıcıl olaraq belə biznes forumların, bu tədbirlər çərçivəsində qarşılıqlı maraq doğuran təqdimatların keçirilməsinin əlaqələrin daha da genişlənməsində, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

Atletlər kəndində inklüziv mərkəz yaradılacaq - FOTO

Atletlər kəndində inklüziv mərkəz yaradılacaq - FOTO

“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

DÇ-2026-ya görə "Yuventus"un təklifini geri çevirdi

DÇ-2026-ya görə "Yuventus"un təklifini geri çevirdi

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

“Mən də infarkt keçirə bilərdim” - VİDEO

“Mən də infarkt keçirə bilərdim” - VİDEO

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

Britaniya İranın daxili işlər nazirini “qara siyahı”ya SALDI

Britaniya İranın daxili işlər nazirini “qara siyahı”ya SALDI

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Tiktoker “Velizar” HƏBS EDİLDİ

Tiktoker “Velizar” HƏBS EDİLDİ

Sabah Binəqədinin bir hissəsində QAZ OLMAYACAQ

Sabah Binəqədinin bir hissəsində QAZ OLMAYACAQ

Hər bürc üçün həftənin ƏN YAXŞI günü

Hər bürc üçün həftənin ƏN YAXŞI günü

Babasının vəfatı günündə mükafat XƏBƏRİ - Qusarlı gəncin UĞURU - VİDEO

Babasının vəfatı günündə mükafat XƏBƏRİ - Qusarlı gəncin UĞURU - VİDEO

"Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

"Əl-Nəsr" Ronaldosuz meydana çıxacaq

Prezident BƏƏ-də belə qarşılandı - VİDEO

Prezident BƏƏ-də belə qarşılandı - VİDEO

Britaniya rusiyalı diplomatın akkreditasiyasını LƏĞV ETDİ

Britaniya rusiyalı diplomatın akkreditasiyasını LƏĞV ETDİ

Havanın temperaturu aşağı düşəcək, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Havanın temperaturu aşağı düşəcək, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

"Anderlext" baş məşqçini istefaya göndərdi

"Anderlext" baş məşqçini istefaya göndərdi

End of content

No more pages to load

RADİO