“Bu gün Azərbaycanın üç vətəndaşının minaya düşməsi nəticəsində həlak olması xəbəri bizi dərindən kədərləndirdi”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi “Twitter” hesabında yazıb.
“Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə səfir qeyd edib.

Bizim.Media