“Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir”.
Bizim.Media xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri An Bualon özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olmasını böyük kədərlə öyrənib:
“Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir”.
Qeyd edək ki, bu gün Tərtərdə mina partlaması nəticəsində 3 nəfər həlak olub.
Bizim.Media