Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “Twitter” hesabında qeyd edib.
"Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - deyə nazir əlavə edib.
Həmçinin Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəisi Rüstəm Minnixanovla görüşüb:
"Tatarıstanın rəisi Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq".







Bizim.Media