Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfiri məlumat verib.
Bildirilib ki, görüşdə Cənubi Qafqazda təhlükəsizlik və Orta Dəhlizin əhəmiyyəti müzakirə edilib.
Həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.
Bizim.Media