Ceyhun Məmmədov: “Qarabağa əhalimizi köçürməyi planlaşdırırıq, Ermənistan isə bu torpaqlara mina basdırır”

“Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında  Dövlət Sərhəd Xidmətinin (DSX) Nəzarət Buraxılış Məntəqəsinin qurulması vacib idi. Uzun müddət idi ki, Ermənistan bu yolla Qarabağa silah daşıyır. Biz 2020-ci ildən sonrakı dövrdə istehsal olunan minaların Azərbaycan ərazisində basdırıldığının şahidi oluruq. Biz Qarabağa əhalimizi köçürməyi planlaşdırırıq, Ermənistan isə bu torpaqlara mina basdırır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib
 

MÖVZU İLƏ BAĞLI:

İrəvana ilin sonunadək zaman verildi - Ya sülh, ya da yenidən “Dəmir yumruq”


O bildirib ki, Azərbaycanın Laçın-Xankəndi yolunda DSX-nin nəzarət-buraxılış məntəqəsini qurması ölkəmizin suveren hüququdur:

“Onsuz da 2022-ci il dekabrın 12-dən etibarən etiraz aksiyasının başlanması ilə yola nəzarəti Azərbaycan həyata keçirirdi. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edir, Azərbaycanın talan olunan təbii sərvətlərini bu yolla daşıyırdı. Vətən Müharibəsindən sonrakı dövrdə 300 Azərbaycan vətəndaşının minaya düşməsi bu fikri bir daha təsdiq edir. 

Məhz bunun nəticəsidir ki, indi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində 10.000 nəfərdən ibarət şəxsi heyəti olan ordu yaradılıb, davamlı mina terroru və diversiyalar törədilir”. 

Deputat vurğulayıb ki, Azərbaycan yaxın vaxtlarda işğaldan azad olunmuş ərazilərə mülki insanlar köçürəcək. 

Onun sözlərinə görə, ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr yarana bilər və vəziyyətin belə davam etməsi Azərbaycan üçün qəbuledilməz idi: 

“Yolda Azərbaycan Respublikası DSX-nin postunun qoyulması oradan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır.  Əksinə, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Ermənistan bilməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın idarəçiliyini qəbul edən ermənilər qalıb yaşaya bilərlər. Separatizm meylləri olanlar isə bu əraziləri tərk edə bilərlər. 

Onsuz da Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu günlərdə parlamentdə çıxışı zamanı N.Paşinyan bunu bir daha təsdiq etdi. Onu da qeyd edək ki, Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurub. Bu halda, Azərbaycan da adekvat addım atmalı idi, oturub gözləməli deyildi”. 

Ceyhun Məmmədov bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan Prezidenti Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar: 

“Bu proses nə qədər tez başlayarsa, o qədər də qısa vaxtda yerli erməni əhalinin həyat tərzi yaxşılaşar”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTO

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

End of content

No more pages to load

RADİO