“Biz erməni kilsəsini dostluğa çağırırıq”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
“Biz mərhəmətdən danışırıq. Biz həmişə dünyanı dostluğa çağırırıq. Biz dəfərlərlə ermənilərə demişik. Biz din adamıyıq.
Dini siyasiləşdirmək olmaz. Erməni lobbisi köməklik eləsin deyə çağırışlar edirik. Biz erməni kilsəsini dostluğa çağırıq, barışığa çağırıq. Bizlə düşmən dili ilə danışmaq olmaz. Hər kəs öz vəzifəsini yerinə yetirir. Din xadimləri öz yerində olmalıdır", - deyə QMİ sədri əlavə edib.
Bizim.Media