Prezident və birinci xanım “Cümə” məscidinin açılışında iştirak ediblər - FOTO/VİDEO

Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Bu gün multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dininin abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirak etmələri həm də rəmzi məna kəsb edir.

Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Qəzalı vəziyyətdə olan iki minarə aparılan işlər çərçivəsində sökülərək yenidən tikilib, məscid binasında bərpa-gücləndirmə işləri yerinə yetirilib, dəstəmazxana binası inşa olunub, zəruri infrastruktur yaradılıb.

Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu da sanballı töhfələr verib.
Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri də ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.
 





























Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

End of content

No more pages to load

RADİO