Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə TELEFONLA DANIŞDI 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov İƏT Baş katibinə Ermənistanın son təxribatlarından SÖZ AÇDI 


Telefon danışığı zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Nazir KƏŞ-in Baş katibi vəzifəsinə təyinatı münasibətilə Casim Əl-Budeyvini təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib. 

Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərinin mövcudluğundan bəhs edən nazir C. Bayramov, bu münasibətlərin KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə KƏŞ Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu”nun imzalanmasının Azərbaycan və KƏŞ arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirən nazir bu xüsusda sözügedən Memorandumdan irəli gələn məsələlərin, habelə növbəti addımların müzakirəsi istiqamətində qarşılıqlı təmaslar və dialoqun əhəmiyyətini vurğulayıb. 

İqtisadi sahədə birgə həyata keçirilən layihələrin perspektivləri, o cümlədən Azərbaycan və KƏŞ arasında keçirilən birgə biznes forumların nəticələrinə məmnunluqla istinad edən C.Bayramov, sərmayələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi isttiqamətində mövcud potensialdan istifadənin zəruri olduğunu diqqətə çatdırıb. 

Casim Əl-Budeyvi KƏŞ-ə üzv dövlətlər ilə Azərbaycanı birləşdirən bir çox ortaq dəyərlərin mövcudluğundan məmnunluqla bəhs edərək, bu xüsusda baş katibliyi dönəmində münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. 

Tərəflər qarşıdan gələn Ramazan bayramı münasibətilə bir-birilərinə qarşılıqlı səmimi təbriklərini çatdırıb, bu müqəddəs bayramın bütün İslam dünyasına əmin-amanlıq gətirməsini arzu ediblər. 
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lion" yeni hücumçu TRANSFER ETDİ

"Lion" yeni hücumçu TRANSFER ETDİ

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

End of content

No more pages to load

RADİO