Azərbaycan səfiri Rəşad Məmmədov Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini general-mayor Alper Eser ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat özünün “Twitter” hesabında məlumat verib.
Məlumata görə, görüşlər zamanı Azərbaycanla Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

Bizim.Media