Azərbaycan və Türkiyənin hakim partiyaları arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO 

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının İstanbul vilayət təşkilatında görüş keçirilib. Görüşdə YAP-la AK Parti arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. 

YAP İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdən ibarət nümayəndə heyəti ilə aprelin 15-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul vilayət təşkilatında görüş keçirilib. 
Görüşdən əvvəl Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. 

Numan Kurtulmuş bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” təfəkkürü ilə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın dostluq və qardaşlıq münasibətləri, dövlət qurumlarımızın da işbirliyi ilə iki qardaş ölkə arasında münasibətlər sürətlə inkişaf edərək hazırda müttəfiqlik səviyyəsinə yüksəlib. 

Azərbaycan–Türkiyə əlaqələrinin bütün mərhələlərdə daha da möhkəmləndiyini vurğulayan AK Parti Sədrinin birinci müavini diqqətə çatdırıb ki, təkcə dövlətlərimiz arasında əlaqələr deyil, qardaş xalqlarımızın münasibətləri də gündən-günə inkişaf edir. 

İşğal altındakı torpaqlarının azad edilməsi uğrunda 44 günlük qəhrəmanlıq dastanının yazıldığı Vətən müharibəsində də Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən Numan Kurtulmuş deyib ki, Türkiyənin beynəlxalq aləmdə nüfuzu, milli müdafiə sənayesi onun bütün imkanları ilə Azərbaycanın yanında olmasına şərait yaratdı.

Nəticədə beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun 30 il ərzində bu istiqamətdə heç bir addım atmadığı problem Türkiyənin köməyi və Azərbaycanın mübarizəsi ilə həllini tapıb. 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb. 

T.Budaqov bildirib ki, dərin köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bir çox sınaqlardan çıxıb. Əlaqələrimiz 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi yüksək siyasi, mənəvi dəstəyindən sonra keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Azərbaycan xalqı bu dəstəyi, qardaşlığı, dostluğu heç zaman unutmayacaq. 

YAP-ın Azərbaycan qarşısında duran yeni vəzifələrin həyata keçirilməsi, məqsədlərə nail olunması üçün genişmiqyaslı fəaliyyət həyata keçirdiyini vurğulayan Tahir Budaqov deyib:

“İyunun 2-də Türkiyəyə səfərimiz zamanı Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış əməkdaşlıq Sazişini xüsusi qeyd etmək istəyirəm.

Həmin Saziş imzalandıqdan sonra AK Parti ilə Yeni Azərbaycan Partiyası bir çox layihələri həyata keçirib, uğurlu əməkdaşlıq edib. Bu qısa zaman kəsiyində hətta beynəlxalq səviyyəli tədbirləri də birlikdə reallaşdırmışıq”. 

Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının regionda yeni reallıqlar yaratdığını söyləyən Tahir Budaqov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərində Türkiyənin ölkəmizə verdiyi dəstəyi xüsusi vurğulayıb.

Qeyd edib ki, Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş bütün bölgələrdə aparılacaq quruculuq işlərində də ölkələrimiz birlikdə olacaq, bu işləri birgə həyata keçirəcək. 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dostluq əlaqələri bütün bölgədə sabitlik və inkişaf üçün möhkəm əsaslar yaradıb. Bu proses artıq bütün dünyanın diqqətini cəlb edib, beynəlxalq güclərin maraq dairəsinə düşüb.
Son illərdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və liderliyi ilə həyata keçirilən tədbirlər nəticəsində türk dövlətlərinin daha da yaxınlaşmasının, vahid bir təşkilat olaraq fəaliyyət göstərməsinin şahidi oluruq. Yaranmış tarixi fürsəti düzgün qiymətləndirməli və bu imkandan türk dövlətlərinin hamısının faydalanmaq şansını əldən verməməliyik. 

Sonra xatirə şəkli çəkdirilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

"Lion" yeni hücumçu TRANSFER ETDİ

"Lion" yeni hücumçu TRANSFER ETDİ

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

End of content

No more pages to load

RADİO