“Ermənistan vandal hərəkəti ilə idman yarışları keçirməyə layiq olmadığını göstərdi” - ELMAN NƏSİROV

Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca ermənilər növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədiblər. Belə ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb.

Sülh danışıqlarından dəm vuran Ermənistan buna rəğmən Azərbaycana qarşı vandal hərəkətlərini davam etdirir. Onların vandal hərəkətləri özünü bütün sahələrdə, o cümlədən idman sahəsində də göstərir. 

Dünən Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı zala gətirilərkən azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.
Eyni hal Türkiyə bayrağı gətirilən zaman da baş verib, erməni azarkeşlər də zalda fit çalmağa başlayıblar. 

Bu barbarlığı dizayner kimi tanınan Aram Nikolyan həyata keçirib.

Baş verən insident barbar, faşist hərəkəti olmaqla yanaşı, Ermənistanın idman yarışları keçirməyə qadir olmadığının da göstəricisidir. Belə ki, hər bir tədbirdə olduğu kimi idman yarışlarında da dövlətlərin milli simvollarına hörmət edilməli, digər tərəfdən, yarışlara qatılan idmançıların təhlükəsizliyi təmin edilməlidir.

Ermənistanda edilən bu barbar hərəkət İrəvanın digər ölkələrin milli simvollarına hörmət etmədiyini göstərməklə yanaşı, beynəlxalq yarışların təhlükəsizliyini də təmin edə bilmədiklərinin bariz göstəricisidir. Baş verən hadisə bir daha göstərir ki, Ermənistan ciddi idman tədbirlərinə ev sahibliyi etməyə hazır belə deyil.

Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.

Yaranmış vəziyyətdə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanat yayıb.

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırıb. 

“Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq. Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistan bu vandal hərəkəti ilə idman yarışları keçirməyə, yarış içtirakçılarının təhlükəsizliyini təmin etməyə qadir olmadığını da ortaya qoydu:

“Ermənistan terrorçu dövlətdir. Faşizm bu ölkədə dövlət ideologiyası səviyyəsinə qaldırılıb. Bu reallıq fonunda Ermənistan hakimiyyəti və onun əlaltılarının Azərbaycan idmançılarına qarşı İrəvanda keçirilən idman yarışında göstərdikləri davranış dediklərimizi bir daha təsdiqləyir.

Azərbaycan bayrağının təhqir edilməsi bir daha o həqiqəti ortaya qoyur ki, Ermənistan dövləti, onun ali siyasi-hərbi rəhbərliyinin ölkəmizlə sülh müqaviləsi bağlamaq niyyəti yoxdur. Sülhdən danışan dövlət idmançılarımıza və bayrağımıza qarşı belə həqarətli davranış göstərməməlidir”.

Deputatın fikrincə, baş vermiş hadisə Ermənistan siyasi rəhbərliyinin sifarişi ilə həyata keçirilib:

“Bununla vasitəçilik edən tərəflərə mesaj göndərirlər ki, Azərbaycanla heç bir halda sülh imzalamayacaqlar. Azərbaycan dövləti haqlı olaraq idmançılarımızı geri qaytarır. Beynəlxalq idman ictimaiyyəti də hadisə ilə bağlı olaraq məlumatlandırılmaqdadır. 30 il ərzində torpaqlarımız işğalda qalarkən beynəlxalq təşkilatlar Ermənistana heç bir sanksiya tətbiq etmədi və nəticəsi göz qabağındadır. Yaranmış vəziyyətlə bağlı olaraq beynəlxalq idman təşkilatları Ermənistan idmanı və idmançılarına qarşı sanksiyalar tətbiq etməlidir.

Ermənistan normal ölkə deyil. Normal ölkələrdə idmançılar rahat şəkildə öz peşələrilə məşğul olurlar.

Ermənistan isə bir idman oyunundan da Azərbaycana qarşı nifrət toxumu səpməyə çalışdı. İrəvandakı idman oyunları azərbayfobiya, türkfobiyanın, irqçiliyin ən yüksək səviyyədə ifadəsi idi. Beynəlxalq idman ictimaiyyətinin məsələyə kəskin reaksiya verəcəyini, Ermənistan idmanına münasibətdə adekvat addımlar atacağını düşünürəm. Ermənistan bu vandal hərəkəti ilə idman yarışları keçirməyə layiq olmadığını da ortaya qoydu. Terrorçu, faşist dövlətdən bundan başqa heç nə gözləmək olmaz. Ermənilər bu vəhşiliyi ilə öz xislətlərini bir daha büruzə etdilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

"Lion" yeni hücumçu TRANSFER ETDİ

"Lion" yeni hücumçu TRANSFER ETDİ

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

End of content

No more pages to load

RADİO