Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək - FOTO

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları tərəfindən Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Professor Serdar Salman, Quru Qoşunları Hərbi Institutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selçuk Akarı və Hərbi Hava Qüvvələri İnstitutunun rəisi general-mayor Ender Kartal ilə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, görüşlərdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ayrılmış yerlərin sayının artırılması, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik, Xankəndi-Laçın yolunda azərbaycanlı eko aktivistlərin dinc aksiyaları, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi, ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb. 

Adları qeyd olunan İnstitutlarda "Qərargah zabitinin hazırlığı" və "Qərargahın idarəedilməsi " kurslarında, həmçinin Milli Müdafiə Universitetində magistratura və doktorantura pilləsində təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş keçirilib, zabitlərin tədris şəraiti ilə yaxından tanış olunub və onların qarşılaşdıqları çətinliklər barədə müraciətləri dinlənilib. 
Hərbi Attaşelik Aparatının əməkdaşları Milli Müdafiə Universiteti Xarici Dillər Məktəbinin direktoru Professor Haluk Selim,məktəbin rəhbər zabit heyəti və məktəbdə ingilis dili hazırlıq kursunda təhsil alan Azərbaycan ordusunun hərbi qulluqçuları ilə də görüş keçirib.

Hərbi qulluqçuların təlim-tədris şəraiti , nizam-intizamı və imtahan nəticələri barədə söhbətlər aparılıb, hərbi attaşe tərəfindən hərbi qulluqçulara vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyyələr verilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

"Lion" yeni hücumçu TRANSFER ETDİ

"Lion" yeni hücumçu TRANSFER ETDİ

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

End of content

No more pages to load

RADİO