ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.
Bizim.Media-nın məlumatına görə, o bu barədə “Twitter” hesabında paylaşım edib.
“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram.
Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, - deyə Ann Linde qeyd edib.
Bizim.Media