Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa necə kömək edir? – ARAŞDIRMA 

Xəbər verdiyimiz kimi, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

Burada söhbət Rusiya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir.

Belə ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb.

Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Adeyemo həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ Ermənistan şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq edib. 

Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləmək üçün ixrac nəzarətindən yan keçməklə ABŞ istehsalı məhsulların alınması cəhdləri ilə əsaslandırılıb.

Statistika da Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməkdə yarım etdiyini göstərir.  

Belə ki, Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən 2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 69% artaraq 14.1 milyard dollar olub. Həmin dövrdə Ermənistandan ixracı 78% artaraq 5.3 milyard dollara, idxal isə 63.5% artaraq 8.7 milyard dollara çatıb. 

Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2022-ci ildə 92 faiz artaraq 5 milyard dolları keçib. Bu dövrdə Rusiyaya ixrac 2.4 dəfə artaraq 2.4 milyard dollara, idxal isə 40%-dən çox artaraq 2.63 milyard dollara bərabər olub. Bunun nəticəsində Rusiyanın Ermənistanın ixracında payı 2022-ci ildə 2021-ci illə müqayisədə 23.5%-dən 45%-ə qədər artıb. 
Heç bir ciddi iqtisadi əsas olmadan Ermənistanda ticarət dövriyyəsinin kəskin artması və bu artımın Rusiya-Ukrayna müahribəsinin baş verdiyi dövrə təsadüf etməsi istər-istəməz şübhə yaradır.  

Rusiyada yaşanan iqtisadi böhran və istehsal imkanlarının zəifləməsi səbəbindən müxtəlif məhsullara olan tələbatın azalmasına görə Ermənistandan Rusiyaya və əksinə ixracın azalacağı gözlənilirdi. Lakin, bunun əksinin getdiyinin şahidi oluruq.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Ermənistan ticarət əlaqələrində müşahidə edilən kəskin artım iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının nəticəsi deyil, daha çox süni xarakterə malikdir.  

Ermənistandan Rusiyaya ixracın daha kəskin artması onu deməyə əsas verir ki, Ermənistan Rusiyaya daha çox xarici ölkələrdən məhsul idxal etməyə kömək edir.

2022-ci ildə Vietnamdan Ermənistana ixrac 380% artaraq 175 milyon dolları ötüb, Meksikadan ixrac 324% artaraq 60.9 milyon dollara, Türkiyədən ixrac 361% artaraq 263.3 milyon dollara, Yaponiyadan ixrac 252% artaraq 195 milyon dollara, Qazaxıstandan ixrac 201% artaraq 23.5 milyon dollara, Hindistandan ixrac 190% artaraq 259.2 milyon dollara, Filippindən ixrac 181% artaraq 9.5 milyon dollara, Taylanddan ixrac 131% artaraq 54.7 milyon dollara, Malayziyadan ixrac 131% artaraq 26.9 milyon dollara çatıb. 

Hansı ki, bu ölkələrin Rusiya ilə ticari əlaqələri də anoloji dövrdə güclənib. 

Bütün bunlar sanksiyalardan yayınmaq məqsədilə Ermənistanın Rusiyaya ixrac üçün vasitəçi ölkə kimi istifadə edilməsi ilə bağlı şübhələrin yaranmasına əsas verir.

Yaranmış vəziyyətdə ABŞ-ın xəbərdarlığına məhəl qoymayan Ermənistan bu dəfə cəzalandırılacaqmı? 

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov xəbərdarlığa baxmayaraq, Vaşinqtonun Ermənistanı cəzalandıracağını düşünmür:
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Ermənistana XƏBƏRDARLIQ - İrəvan Moskvanın güdazına gedir


“ABŞ-ın bu xəbərdarlıq fonunda Ermənistanı ciddi şəkildə cəzalandıracağını düşünmürəm. Sarkisyan və Köçəryan dövründə Ermənistan tamamilə Rusiyadan asılı idi. Buna baxmayaraq, ABŞ İrəvanın Rusiyayönümlü siyasət həyata keçirməsinə qarşı hər hansı bir təzyiqlərə getməmişdi. ABŞ-ın indiki demarşı Paşinyana xəbərdarlıq xarekteri daşıyır. 

Amma ABŞ da başa düşürlər ki, Ermənsitan ərazisində Rusiya hərbi bazası var. Belə olan halda birdən-birə İrəvanın Rusiyanın təsirindən tamamilə çıxması qeyri-mümkündür. Bu baş verərsə, Moskva Ermənistan ərazilərini tamamilə dağıda bilər. 

Konqresdə Amerika-Ermənistan Milli Komitəsinin təsiri altında olan xeyli konqresmen var. Bu mənada ABŞ hökuməti Ermənistanı cəzalandırmaqla bağlı qərar versə də, həmin konqresmenlər bu qərarın icrasına əngəl olacaqlar. Ona görə də, Vaşinqtonun Rusiyaya sanksiyalardan yayınmağa kömək edən İrəvana qarşı maliyyə sanksiyaları və s. tətbiq edəcəyini düşünmürəm”. 
Ekspert Ermənistanın Rusiyaya qarşı hansısa demarşlar etməsinə rəğmən, onun orbitindən çıxacağına da inanmır: 

“İrəvanın elə bir siyasi gücü, iradəsi yoxdur ki, Rusiyadan uzaqlaşsın. Bunu ABŞ-da da yaxşı anlayırlar. O baxımdan ABŞ-ın xəbərdarlığına rəğmən Ermənistanın Rusiya ilə sözügedən əlaqələrdən vaz keçəcəyini də zənn etmirəm. Ermənistan dövlət büdcəsinin 80 faizi Rusiyanın iqtisadi aktivlərilə doludur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fermadan gənc qadın meyiti TAPILDI

Fermadan gənc qadın meyiti TAPILDI

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

"Lion" yeni hücumçu TRANSFER ETDİ

"Lion" yeni hücumçu TRANSFER ETDİ

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

End of content

No more pages to load

RADİO