Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı iranlı səfir Tvitter səhifəsində yayıb.
"İran və Azərbaycan xarici işlər nazirlərinin konstruktiv danışıqlarından sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv müzakirələr apardım. Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq", - deyə o, qeyd edib.
Bizim.Media

