Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus Xankəndindən gələn 1 minik və 2 Rusiya dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilləri maneəsiz keçid edib. Avtomobillər Laçın istiqamətinə hərəkət edib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Bizim.Media