Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, Ağdama səfəri zamanı onu Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və Milli Məclisin deputatı Soltan Məmmədov müşayiət edir.
Səfərin əsas məqsədi 30 il müddətində Ağdamda erməni vandalları tərəfindən törədilən vəhşilik barədə qonaqlara məlumat vermək, həmçinin işğaldan sonra burada həyata keçirilən tikinti-quruculuq işlərinə dair Baş Plan ilə tanışlıq, Azərbaycanın əzəli torpaqları olan Qarabağın ölkəmiz üçün əhəmiyyəti, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırmaqdır.
Bizim.Media