Azərbaycanın ABŞ-dakı səfiri Ermənistanla normallaşma prosesindən danışıb - FOTO 

Amerika Universitetinin Türk Mədəniyyəti Klubunun (TCCAU) dəvəti əsasında Klubun “Səfirlər bloku seriyası”nın ilk tədbirində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimi natiq qismində iştirak etmişdir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb. 

Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycanın tarixi, əldə etdiyi nailiyyətlər və gələcək planları ilə bağlı iştirakçıları maarifləndirməklə yanaşı, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, o cümlədən Azərbaycanın regional və qlobal səviyyəli məsələlərdəki rolu ətrafında müzakirələrin aparılmasından ibarət olmuşdur. 

Tədbir adıçəkilən Klubun təsisçisi və prezidenti Nural Əliyevin giriş nitqi ilə başlamış və daha sonra səfir çıxış üçün kürsüyə dəvət edilmişdir. 

Səfir İbrahim çıxışı zamanı, Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu regional layihələr, Şərqlə Qərb arasında tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilmiş əlverişli infrastruktur layihələri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan işlər barədə iştirakçıları məlumatlandırmış, qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır. 
Tədbir sözügedən Klubun rəhbər heyəti ilə səfirin xatirə şəklinin çəkilməsi ilə yekunlaşmışdır. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT: “Güclü külək əsəcək”

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT: “Güclü külək əsəcək”

“Fənərbağça”dan səfər qələbəsi - VİDEO

“Fənərbağça”dan səfər qələbəsi - VİDEO

Xameneinin müşaviri: Hər cür ssenariyə hazırıq

Xameneinin müşaviri: Hər cür ssenariyə hazırıq

İmişlidə güclü YANĞIN: Xəsarət alan var

İmişlidə güclü YANĞIN: Xəsarət alan var

Fransaya casusluq edən şəxs yenidən məhkəmə qarşısında

Fransaya casusluq edən şəxs yenidən məhkəmə qarşısında

Cəlilabadda əmisi tərəfindən baltalanan Hüseynin SON DURUMU açıqlandı

Cəlilabadda əmisi tərəfindən baltalanan Hüseynin SON DURUMU açıqlandı

Norveçdə monarxiya ləğv ediləcək?

Norveçdə monarxiya ləğv ediləcək?

Riyaziyyat müəllimi dünyanı necə tora saldı? - Fotolar

Riyaziyyat müəllimi dünyanı necə tora saldı? - Fotolar

Yevlaxda DƏLƏDUZLUQ: 2 mindən lotereya oynadı - Toplanan pulu vermədilər

Yevlaxda DƏLƏDUZLUQ: 2 mindən lotereya oynadı - Toplanan pulu vermədilər

Mərkəzi Bankın nə qədər valyuta ehtiyatları var?

Mərkəzi Bankın nə qədər valyuta ehtiyatları var?

Sığorta ilə bağlı YENİLİK – Bu qaydada aparılacaq

Sığorta ilə bağlı YENİLİK – Bu qaydada aparılacaq

Fevralda maliyyə maqnitinə çevriləcək BÜRCLƏR

Fevralda maliyyə maqnitinə çevriləcək BÜRCLƏR

“Kəpəz”in futbolçusunun bıçaqlanması ilə bağlı TƏFƏRRÜAT

“Kəpəz”in futbolçusunun bıçaqlanması ilə bağlı TƏFƏRRÜAT

6 illik biznesi batdı

6 illik biznesi batdı

Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa aldı – FOTO

Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa aldı – FOTO

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

Bakıda metro stansiyasının qarşısında qan töküldü

Bakıda metro stansiyasının qarşısında qan töküldü

Bu rayonlarda yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Qocalar evində yanğın: 5 ölü var

Qocalar evində yanğın: 5 ölü var

Medvedevdən QƏLƏBƏ MESAJI – Rusiya sülhə razılıq verir, Ukraynanın iki regionu...

Medvedevdən QƏLƏBƏ MESAJI – Rusiya sülhə razılıq verir, Ukraynanın iki regionu...

İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşdü - VİDEO

İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşdü - VİDEO

Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

Telefonda hansı SMS və fotoları saxlamaq olmaz? - Dələduzlar onları axtarır

Telefonda hansı SMS və fotoları saxlamaq olmaz? - Dələduzlar onları axtarır

Ağsuda iki maşın toqquşdu - Xəsarət alan var

Ağsuda iki maşın toqquşdu - Xəsarət alan var

End of content

No more pages to load

RADİO