Ceyhun Bayramov Səudiyyə Ərəbistanından olan həmkarı ilə regional prosesləri müzakirə etdi

4 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib. 

Məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən regional proseslər müzakirə edilib. 

Nazirlər, müqəddəs Ramazan ayı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək ayın bütün İslam dünyasına sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər. 

Nazir Ceyhun Bayramov, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib.  

Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb. Feysəl bin Fərhan Al Səudun ölkəmizə ötən ilki səfəri, və cari ilin fevral ayında XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. 
Nazir Feysəl bin Fərhan Al Səud, iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günel Gözəlova vəzifəsindən AYRILDI

Günel Gözəlova vəzifəsindən AYRILDI

SON DƏQİQƏ: Rusiya–Ukrayna mümkün atəşkəsinin icra mexanizmi razılaşdırıldı

SON DƏQİQƏ: Rusiya–Ukrayna mümkün atəşkəsinin icra mexanizmi razılaşdırıldı

Tehran bazarında güclü yanğın - VİDEO

Tehran bazarında güclü yanğın - VİDEO

Sabahın HAVASI: Qar, külək...

Sabahın HAVASI: Qar, külək...

“ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri

“ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri

Kanalizasiyaya düşərək ölən Cümşüdün anası: “Su Kanal İdarəsi ilə əlbir olan qaynım məni təhdid edir”

Kanalizasiyaya düşərək ölən Cümşüdün anası: “Su Kanal İdarəsi ilə əlbir olan qaynım məni təhdid edir”

Tailandda fil turisti öldürdü - VİDEO

Tailandda fil turisti öldürdü - VİDEO

Ronaldo Səudiyyə Ərəbistanı klubundan ayrılacaq?

Ronaldo Səudiyyə Ərəbistanı klubundan ayrılacaq?

Polad Həşimovun övladları ilə SON FOTOSU

Polad Həşimovun övladları ilə SON FOTOSU

Qırğızıstanın əhalisi 7 milyon 395 min nəfərə çatdı

Qırğızıstanın əhalisi 7 milyon 395 min nəfərə çatdı

Əlilliyi olan şəxslər üçün hansı İMKANLAR yaradılır?

Əlilliyi olan şəxslər üçün hansı İMKANLAR yaradılır?

Mərmər sexində qanlı insident: Bacısına söyüş söyən müştərini bıçaqladı

Mərmər sexində qanlı insident: Bacısına söyüş söyən müştərini bıçaqladı

Qeyri-adi nikahlar: Azərbaycanda 59 yaşlı kişi 19 yaşlı qızla evləndi

Qeyri-adi nikahlar: Azərbaycanda 59 yaşlı kişi 19 yaşlı qızla evləndi

Məsud Pezeşkian ABŞ-ın təklifi ilə RAZILAŞDI

Məsud Pezeşkian ABŞ-ın təklifi ilə RAZILAŞDI

Bakıda ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri yolda belə tutuldu – ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri yolda belə tutuldu – ANBAAN VİDEO

Bacısı ilə birlikdə qəzada həyatını itirən Ramalın FOTOLARI

Bacısı ilə birlikdə qəzada həyatını itirən Ramalın FOTOLARI

“Qarabağ”ın futbolçusu cəzalı DURUMA DÜŞDÜ

“Qarabağ”ın futbolçusu cəzalı DURUMA DÜŞDÜ

Bakıya qar yağacaq: BU TARİXƏDƏK – XƏBƏRDARLIQ

Bakıya qar yağacaq: BU TARİXƏDƏK – XƏBƏRDARLIQ

Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi – FOTO/VİDEO

Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi – FOTO/VİDEO

İlhamə Qasımova: "Bu, baş versəydi, özümə qəsd edərdim"

İlhamə Qasımova: "Bu, baş versəydi, özümə qəsd edərdim"

Pakistanda antiterror əməliyyatı: 145 silahlı MƏHV EDİLDİ

Pakistanda antiterror əməliyyatı: 145 silahlı MƏHV EDİLDİ

5 qəpikdən 60 qəpiyə... - Azərbaycanda ictimai nəqliyyatın QİYMƏT tarixi

5 qəpikdən 60 qəpiyə... - Azərbaycanda ictimai nəqliyyatın QİYMƏT tarixi

DYP-dən hava şəraiti ilə bağlı ÇAĞIRIŞ

DYP-dən hava şəraiti ilə bağlı ÇAĞIRIŞ

“iPhone 20” smartfonunun korpusu şüşədən olacaq

“iPhone 20” smartfonunun korpusu şüşədən olacaq

End of content

No more pages to load

RADİO