İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

Bizim.Media xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlətimizin başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevə "Togg" avtomobili TƏQDİM EDİLƏCƏK


Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu deyib, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğulayıb və “Togg”un istehsalına başlanılmasının da bu baxımdan yaxşı nümunə olduğunu bildirib.
Dövlətimizin başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.

Mustafa Varank “Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hissi keçirdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günel Gözəlova vəzifəsindən AYRILDI

Günel Gözəlova vəzifəsindən AYRILDI

SON DƏQİQƏ: Rusiya–Ukrayna mümkün atəşkəsinin icra mexanizmi razılaşdırıldı

SON DƏQİQƏ: Rusiya–Ukrayna mümkün atəşkəsinin icra mexanizmi razılaşdırıldı

Tehran bazarında güclü yanğın - VİDEO

Tehran bazarında güclü yanğın - VİDEO

Sabahın HAVASI: Qar, külək...

Sabahın HAVASI: Qar, külək...

“ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri

“ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri

Kanalizasiyaya düşərək ölən Cümşüdün anası: “Su Kanal İdarəsi ilə əlbir olan qaynım məni təhdid edir”

Kanalizasiyaya düşərək ölən Cümşüdün anası: “Su Kanal İdarəsi ilə əlbir olan qaynım məni təhdid edir”

Tailandda fil turisti öldürdü - VİDEO

Tailandda fil turisti öldürdü - VİDEO

Ronaldo Səudiyyə Ərəbistanı klubundan ayrılacaq?

Ronaldo Səudiyyə Ərəbistanı klubundan ayrılacaq?

Polad Həşimovun övladları ilə SON FOTOSU

Polad Həşimovun övladları ilə SON FOTOSU

Qırğızıstanın əhalisi 7 milyon 395 min nəfərə çatdı

Qırğızıstanın əhalisi 7 milyon 395 min nəfərə çatdı

Əlilliyi olan şəxslər üçün hansı İMKANLAR yaradılır?

Əlilliyi olan şəxslər üçün hansı İMKANLAR yaradılır?

Mərmər sexində qanlı insident: Bacısına söyüş söyən müştərini bıçaqladı

Mərmər sexində qanlı insident: Bacısına söyüş söyən müştərini bıçaqladı

Qeyri-adi nikahlar: Azərbaycanda 59 yaşlı kişi 19 yaşlı qızla evləndi

Qeyri-adi nikahlar: Azərbaycanda 59 yaşlı kişi 19 yaşlı qızla evləndi

Məsud Pezeşkian ABŞ-ın təklifi ilə RAZILAŞDI

Məsud Pezeşkian ABŞ-ın təklifi ilə RAZILAŞDI

Bakıda ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri yolda belə tutuldu – ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri yolda belə tutuldu – ANBAAN VİDEO

Bacısı ilə birlikdə qəzada həyatını itirən Ramalın FOTOLARI

Bacısı ilə birlikdə qəzada həyatını itirən Ramalın FOTOLARI

“Qarabağ”ın futbolçusu cəzalı DURUMA DÜŞDÜ

“Qarabağ”ın futbolçusu cəzalı DURUMA DÜŞDÜ

Bakıya qar yağacaq: BU TARİXƏDƏK – XƏBƏRDARLIQ

Bakıya qar yağacaq: BU TARİXƏDƏK – XƏBƏRDARLIQ

Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi – FOTO/VİDEO

Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi – FOTO/VİDEO

İlhamə Qasımova: "Bu, baş versəydi, özümə qəsd edərdim"

İlhamə Qasımova: "Bu, baş versəydi, özümə qəsd edərdim"

Pakistanda antiterror əməliyyatı: 145 silahlı MƏHV EDİLDİ

Pakistanda antiterror əməliyyatı: 145 silahlı MƏHV EDİLDİ

5 qəpikdən 60 qəpiyə... - Azərbaycanda ictimai nəqliyyatın QİYMƏT tarixi

5 qəpikdən 60 qəpiyə... - Azərbaycanda ictimai nəqliyyatın QİYMƏT tarixi

DYP-dən hava şəraiti ilə bağlı ÇAĞIRIŞ

DYP-dən hava şəraiti ilə bağlı ÇAĞIRIŞ

“iPhone 20” smartfonunun korpusu şüşədən olacaq

“iPhone 20” smartfonunun korpusu şüşədən olacaq

End of content

No more pages to load

RADİO