Rəsmi Bakıdan 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə ÇAĞIRIŞ 

Azərbaycan Xarici İşlər Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, 31 mart tarixi ermənilər tərəfindən etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların xatirəsinin yad edildiyi Azərbaycanlıların Soyqırımı Günüdür.

105 il bundan öncə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin ayrılmaz tərkib hissəsi olan sözügedən qətliamların sistematik və planlı xarakter daşıması, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın törədilmiş qətliamlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgərinin iştirak etdiyinə dair etiraflarında da sübut olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra hökumət tərəfindən ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası təsis edildi.

Komissiyanın fəaliyyəti nəticəsində sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açıldı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan bu ilk addımın davam etdirilməsi Azərbaycan Respublikasının Sovet ordusu tərəfindən işğalı səbəbindən yarımçıq qaldı.

Hadisələrə adekvat siyasi qiymətin verilməsi məsələsi Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra, Ümummilli Lider Heydər Əliyev tərəfindən 26 mart 1998ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə həllini tapdı və sözügedən Fərmana əsasən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi təsis edildi.

Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsi azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti və soyqırımı cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi.

Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qaldı, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrildi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi.

Mart qırğınlarının 105-ci ildönümündə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin günahsız qurbanlarını dərin hüzn və rəhmətlə anır, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq. 

Ədalətin bərpa olunmasının regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyinə inanan Azərbaycan, öz növbəsində mövcud beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gözlənilməz dönüş: İran ABŞ-a böyük güzəştə getməyə hazırdır

Gözlənilməz dönüş: İran ABŞ-a böyük güzəştə getməyə hazırdır

Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib? - Qurumdan rəsmi cavab

Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib? - Qurumdan rəsmi cavab

“Milan” 19 yaşlı hücumçu TRANSFER ETDİ

“Milan” 19 yaşlı hücumçu TRANSFER ETDİ

ŞOK İDDİA: Şahzadə Endryu Epşteyndən aldığı uşağı öldürüb

ŞOK İDDİA: Şahzadə Endryu Epşteyndən aldığı uşağı öldürüb

Simonyan Tramp marşrutuna Rusiyanın qoşulması barədə: “Bu absurddur”

Simonyan Tramp marşrutuna Rusiyanın qoşulması barədə: “Bu absurddur”

"Bakıda 4 evim var"

"Bakıda 4 evim var"

Elmar Məmmədyarovdan "Epşteyn işi"ndə adının hallanmasına REAKSİYA

Elmar Məmmədyarovdan "Epşteyn işi"ndə adının hallanmasına REAKSİYA

Sumqayıtda alma ilə məşhurlaşan məmura başqa vəzifə verildi

Sumqayıtda alma ilə məşhurlaşan məmura başqa vəzifə verildi

Bu rayonlarda icra başçısı yoxdur – SİYAHI

Bu rayonlarda icra başçısı yoxdur – SİYAHI

Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

“Qarabağ” yeni futbolçu üçün bu qədər pul ödəyib

“Qarabağ” yeni futbolçu üçün bu qədər pul ödəyib

Bu hallarda işdən ÇIXARILA BİLƏRSİNİZ

Bu hallarda işdən ÇIXARILA BİLƏRSİNİZ

Dırnaq qayçısındakı kiçik dəlik bunun üçün imiş - FOTO

Dırnaq qayçısındakı kiçik dəlik bunun üçün imiş - FOTO

"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi AÇILDI – Saxlanılanlar var

"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi AÇILDI – Saxlanılanlar var

Dövlət sərhədində 6,5 milyonluq qaçaqmal tutulub – RƏSMİ

Dövlət sərhədində 6,5 milyonluq qaçaqmal tutulub – RƏSMİ

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Türkiyədə terror təşkilatına qarşı əməliyyat - 96 nəfər TUTULDU

Türkiyədə terror təşkilatına qarşı əməliyyat - 96 nəfər TUTULDU

Hər kəs Bakıda keçirilən bu toydan danışır: Gəlin... - VİDEO

Hər kəs Bakıda keçirilən bu toydan danışır: Gəlin... - VİDEO

Qusar xəstəxanası əsaslı təmir olundu - FOTO

Qusar xəstəxanası əsaslı təmir olundu - FOTO

İbrahim Tatlıses Günelə mal-mülkündən pay verib? - VİDEO

İbrahim Tatlıses Günelə mal-mülkündən pay verib? - VİDEO

Bu sirləri özü ilə məzara apara bilmədi... - Dünya gündəmini zəbt edən “Epşteyn işi”ndə SENSASİON ADLAR

Bu sirləri özü ilə məzara apara bilmədi... - Dünya gündəmini zəbt edən “Epşteyn işi”ndə SENSASİON ADLAR

Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer AXTARILIR

Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer AXTARILIR

Faciəvi şəkildə həyatını itirən bacı-qardaş son mənzilə yola salındı – VİDEO

Faciəvi şəkildə həyatını itirən bacı-qardaş son mənzilə yola salındı – VİDEO

“Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı

“Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı

End of content

No more pages to load

RADİO