Ziyalılar Prezident Administrasiyasına müraciət etdi: “Bakını əcnəbi dillərin “işğalından” qurtarın''

Millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumuilikdə mindən artıq ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı məlumat verib.

Bildirilir ki, müraciətdə müstəqillik qazandıqdan sonra ana dilinin milli dövlətçiliyin əsas atributlarından biri kimi tanıdılması ilk və vacib məsələlərdən biri kimi diqqət mərkəzində olması vurğulanıb:

“Müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb.

Azərbaycan prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb.

Buna baxmayaraq, mükəmməlliyi, zənginliyi ilə nəinki bir çox dünya xalqlarını, hətta mənsub olduğu dil qrupuna daxil olan türkdilli xalqları belə heyran qoyan ana dilimizin öz yurdunda hörmətsizliyə məruz qaldığını görməmək olmur”.

Müraciətə bu yaxınlarda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində keçirdiyi monitorinqinin nəticələri də əlavə olunub:

“Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib.

Çox təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir.

Milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb.

Bakının dil mənzərəsi ilə bağlı xoşagəlməz bir mirasla üz-üzəyik. Bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevaya, Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyətinə - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, yüzdən artıq millət vəkilinə müraciət etmişik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada metroda partlayış oldu - VİDEO

Moskvada metroda partlayış oldu - VİDEO

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Sabahın havası: 19 dərəcə isti olacaq

Sabahın havası: 19 dərəcə isti olacaq

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

İradə İbrahimova ailəsi ilə - FOTO

İradə İbrahimova ailəsi ilə - FOTO

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Cəlal Orucova yüksək vəzifə verildi

Cəlal Orucova yüksək vəzifə verildi

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

End of content

No more pages to load

RADİO