Qarabağda öldürülən ilk azərbaycanlılar - 22 fevral 1988-ci il, Əsgəran hadisəsi - VİDEO

20 fevral 1988-Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub.

Bizim.Media xəbər verir ki, DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi.
 

MÖVZU İLƏ BAĞLI:

“Daşnaksütyun”a xidmət edən azərbaycanlılar - SENSASİYA


Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

22 fevral - Dağlıq Qarabağ münaqişəsində ilk qanlı toqquşma olub. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan vermədilər.

25 fevral- Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib. Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.

27-28 fevral - Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat- erməni əhalinin evlərinə basqınlar törədilib.

Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülüb. Onların bir neçəsini Qriqoryan özü qətlə yetirib.

Ulu ondər Heydər Əliyevin sözləri ilə desək, Dağlıq Qarabağ problemi elə 1923-cü ildə eyni adlı muxtar vilayətin yaranması ilə başladı.

Muxtar vilayət Azərbaycan SSR-in tərkibində idi. 1989-cu ildə SSRİ Ali Soveti bu muxtar vilayətin ləğv olunub, birbaşa Azərbaycan ərazisinə qatılması barədə qərar qəbul etdi.

Lakin dekabrda Qorbaçov vilayəti Ermənistana vermək istədi və yaranmış etirazları yatırtmaq üçün 1 ay sonra, 1990-cı il yanvarın 20-də Azərbaycanda qətliam törətdi.

Ardınca SSRİ-nin yardımı ilə ermənilər Xocalı kimi genosidlər törədərək Qarabağı işğal etdilər.

İllər sonra - 27.09.2020 tarixində Prezident İlham Əliyevin başçılığı ilə ordumuz Qarabağı azad etməyə başladı və buna nail oldu.

Şuşanı azad etdikdən sonra atəşkəs barədə razılıq əldə olundu və 3 rayon Azərbaycana döyüşsüz qaytarıldı.

Ancaq anlaşmaya görə Dağlıq Qarabağ sülhməramlıların nəzarətinə götürüldü və ermənilərin ora qaytarılmasına start verildi.

Rəsmi Moskva da Dağlıq Qarabağın status məsələsinin müzakirə predmeti olmadığını bəyan edib. Di gəl ki, hazırda Rusiya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı danışıqlara qoşulmasının tərəfdarıdır.

Bəlkə də bu səbəbdən oradakı ermənilərə rus pasportu verilməsi söz-söhbəti, separatçıların təzədən müstəqil "Artsax" bağırmalarının şahidi oluruq.

Hər halda unutmayaq ki, bu dəfə sülhməramlı kimi qardaş Türkiyənin də hərbçiləri var və ötən əsrin 80-90-cı illərindəki Qorbaçov-erməni koalisiyası yarana bilməz.

Milli lider Heydər Əlyevin Dağlıq Qarabağ barədə tarixi sözlərini təqdim edirik.

Anar Rəhimov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada metroda partlayış oldu - VİDEO

Moskvada metroda partlayış oldu - VİDEO

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Sabahın havası: 19 dərəcə isti olacaq

Sabahın havası: 19 dərəcə isti olacaq

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

İradə İbrahimova ailəsi ilə - FOTO

İradə İbrahimova ailəsi ilə - FOTO

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Cəlal Orucova yüksək vəzifə verildi

Cəlal Orucova yüksək vəzifə verildi

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

End of content

No more pages to load

RADİO