Azərbaycan XİN və Müdafiə Nazirliyindən İrana ETİRAZ NOTASI 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi birgə bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanata əsasən 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır.

Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.

İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq.

Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubu oxuyub AĞLADI - VİDEO

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubu oxuyub AĞLADI - VİDEO

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO

Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO

Rusiya ordusu Zaporojyedə yaşayış məhəlləsini atəşə tutub - VİDEO

Rusiya ordusu Zaporojyedə yaşayış məhəlləsini atəşə tutub - VİDEO

Sevgilisinin evindən 7400 manat oğurlayan qadın HƏBS OLUNDU

Sevgilisinin evindən 7400 manat oğurlayan qadın HƏBS OLUNDU

Bölgə klubu anqolalı legioner TRANSFER ETDİ

Bölgə klubu anqolalı legioner TRANSFER ETDİ

“Türkiyə İranla ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır” - Ərdoğan

“Türkiyə İranla ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır” - Ərdoğan

Aysundan doğma atasına CAVAB: “Yalandan artistlik etmə!” - VİDEO

Aysundan doğma atasına CAVAB: “Yalandan artistlik etmə!” - VİDEO

Rusiyadan göndərilən taxıl Azərbaycandan keçərək Ermənistana ÇATIB

Rusiyadan göndərilən taxıl Azərbaycandan keçərək Ermənistana ÇATIB

Qalib Salahzadənin dəniz kənarındakı obyektləri SÖKÜLÜR

Qalib Salahzadənin dəniz kənarındakı obyektləri SÖKÜLÜR

Azarkeşlərə SƏFƏR QADAĞASI qoyuldu

Azarkeşlərə SƏFƏR QADAĞASI qoyuldu

End of content

No more pages to load

RADİO