X Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert bu gün Quba rayonuna səfər edib.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, səfər çərçivəsində cənab Olmert Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb.
Rayon rəhbəri Quba haqda israilli qonağa ətraflı məlumat verib.
Daha sonra İsrailin sabiq baş naziri Ehud Olmert icra başçısı Ziyəddin Əliyevlə dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbəyə gedib.
Cənab Olmert burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya muzeyində olub,"Giləkli" və "Altı Günbəz "sineqoqlarına baş çəkib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu