Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab: "Bu yanaşmanın gələcəyi yoxdur"

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair şərhində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN rəhbəri istefa verdi


“Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi.

Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi.

Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.

Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.

Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil", - deyə şərhdə bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada metroda partlayış oldu - VİDEO

Moskvada metroda partlayış oldu - VİDEO

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Sabahın havası: 19 dərəcə isti olacaq

Sabahın havası: 19 dərəcə isti olacaq

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

İradə İbrahimova ailəsi ilə - FOTO

İradə İbrahimova ailəsi ilə - FOTO

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Cəlal Orucova yüksək vəzifə verildi

Cəlal Orucova yüksək vəzifə verildi

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

End of content

No more pages to load

RADİO