Rəsmi Moskva Lavrov-Bayramov-Mirzoyan görüşünü martın sonuna qədər keçirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “MediaHub” nəşri yayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan mövzuya münasibət bildirib:
“Biz xarici işlər nazirinin səfərləri və görüşləri barədə əvvəlcədən, vaxtında məlumat veririk”.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Moskvada üç nazir arasında görüş təşkil edəcəyini demişdi:
“Azərbaycan buna hazırdır. Ermənistan da “yox” deməyib, ancaq son razılığını verməyib”.
Bizim.Media