MN: Rusiya dünən Qarabağda baş verən insidentlə bağlı məlumatda faktları təhrif edib

“Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Rusiya tərəfinə ötən gün Qarabağda baş verən insidentlə bağlı təhrif olunmuş məlumatlara dair açıqlamasında qeyd edilib. 

“Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır.

Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. 

İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir. 
Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir. 

Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur.  

2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdu. 

Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilmişdir. 
Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. 

Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir. 

Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir” , - deyə nazirliyin açıqlamasında qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

Bakıya qonaq gələn tələbə itkin düşdü

Bakıya qonaq gələn tələbə itkin düşdü

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Kişmişin FAYDALARI - Hansını seçək qara yoxsa sarı?

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Üç gənc xokkeyçi yol qəzasında HƏLAK OLDU

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

End of content

No more pages to load

RADİO