G20 Xarici İşlər Nazirləri Şurası tədbirinin iştirakçıları Ukraynadakı münaqişə ilə bağlı mövqedə razılığa gələ bilməyiblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar görüşün yekunlarına dair mətbuat konfransında çıxışı zamanı məlumat verib.
“Düzünü desəm, Ukrayna münaqişəsi ilə bağlı məsələlər var idi ki, onlar haqqında fikir ayrılıqları oldu və biz müxtəlif fikirlərə malik olan müxtəlif tərəflər arasında razılığa gələ bilmədik”, - hindistanlı nazir qeyd edib.
Bizim.Media