Xüsusi hərbi əməliyyat zonasında indi “yeni Rusiya” yaranır.
Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Tvitterdə yazıb və dünyada baş verən hadisələri şərh edib.
O, “yeni yaranan Rusiya”ya qorxmaz döyüşçü-qəhrəmanlar və fədakar əməkçilər ölkəsi adını verib.
Kadırov Putini bütün sağlam bəşəriyyətin xilaskarı adlandırıb: “O, yeni Rusiya Federasiyasının yaradıcısıdır”.
Bizim.Media