Baş katib Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirdi - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xusrav Noziri ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüş zamanı İƏT-də 2023-cü il ərzində Azərbaycanın sədrliyi dövründə təşkilatın strategiya və proqramlarının icrası məsələləri, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi, İƏT çərçivəsində əməkdaşlıq müzakirə mövzusu olub. 

Nazir zərbaycanın İƏT-in 2023-cü il üzrə “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan sədrliyi çərçivəsində prioritet və planları, ölkəmizin ev sahibliyi ilə təşkil edilməsi planlaşdırılan tədbirlərin həyata keçirilməsi və sədrliyimizdən irəli gələn digər öhdəliklərin icrası barədə qarşı tərəfə ətraflı məlumat verib.  
Ölkəmizin bir sıra İƏT üzv dövlətləri ilə geniş əməkdaşlıq əlaqələrinə malik olduğu, həmçinin beynəlxalq platformalarda, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb. 

C.Bayramov ölkəmizin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə danışıb, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyəti, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən işləri diqqətə çatdırıb. 

Görüş zamanı nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib. 

Baş katib Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni və 2023-cü il üzrə sədrliyini yüksək qiymətləndirib, enerji və iqtisadi bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyini vurğulayıb.
Həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Əgər həmin vaxt bu baş versəydi, özümə qəsd edərdim"

"Əgər həmin vaxt bu baş versəydi, özümə qəsd edərdim"

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Klubdan irqçi təhqirlərə SƏRT REAKSİYA: Futbolçumuzun yanındayıq

Klubdan irqçi təhqirlərə SƏRT REAKSİYA: Futbolçumuzun yanındayıq

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

Bakıya qonaq gələn tələbə itkin düşdü

Bakıya qonaq gələn tələbə itkin düşdü

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

İran ABŞ ilə danışıqların Omanda keçirilməsini TƏLƏB EDİR

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var - FOTO

End of content

No more pages to load

RADİO