Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə günü Azərbaycana işgüzar səfərə gəlib.
Bizim.Media “interfax.az” saytına istinadən xəbər verir ki, iki günlük işgüzar səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Mənbə yazır ki, Özbəkistan prezidenti martın 2-də Qoşulmama Hərəkatının (QH) COVID-19-la mübarizə üzrə Təmas Qrupunun Bakıda keçiriləcək sammitində iştirak edəcək.
Bizim.Media