Azərbaycan Respublikası Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin Baş Konsulluğunda olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin “Yeni Şafak” xəbər saytı yayıb.
Mənbə yazır ki, səfər zamanı Fuad Nəcəfli Türkiyənin konsulu Asip Kaya ilə görüşüb və Türkiyədə baş verən zəlzələlərlə bağlı başsağlığı verib.
Bizim.Media