Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağın enerji resurslarının istifadəsinə görə Bakının İrəvanı dəyən ziyanın ödənilməsi bağlı arbitraj məhkəməsinə verməsini Azərbaycan və Ermənistan arasında olan məsələ adlandırıb.
Bizim.Media xəbər verir ki, Lavrov bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu, Azərbaycanla Ermənistan arasında olan ikitərəfli məsələdir. Məhkəmə prosedurunun daxil olduğu yol seçilib. Gözləyirik”, - Rusiya XİN başçısı qeyd edib.
Bizim.Media