Səfirimiz Türkiyəyə edilən yardımdan danışdı

“Əlimizdə olmayan vasitələr təcili surətdə xaricdən alınır və zəlzələ bölgəsinə çatdırılır”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Milliyət”ə müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir:

“Qardaş qardaşa dəstəyinin hesabatını verməz. Azərbaycan bunları qardaşlıq vəzifəsi olaraq yerinə yetirir. Nə lazımdırsa, etməyə davam edəcəyik”.
Diplomat söyləyib ki, zəlzələ bölgəsində ehtiyac olan bir çox ləvazimat Azərbaycan bazarında tükənib:

“Ona görə də xaricdən sifariş verməli oluruq. Azərbaycan və Türkiyə xalqlarının bir-birinə sevgisi bu səviyyədədir. Türkiyə güclü dövlətdir. Türkiyə bu zəlzələnin də təsirlərini qısa zamanda aradan qaldıracaq. Azərbaycan da bunun üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

Ronaldo komanda məşqlərinə də QOŞULMADI

Ronaldo komanda məşqlərinə də QOŞULMADI

"Əgər həmin vaxt bu baş versəydi, özümə qəsd edərdim"

"Əgər həmin vaxt bu baş versəydi, özümə qəsd edərdim"

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Klubdan irqçi təhqirlərə SƏRT REAKSİYA: Futbolçumuzun yanındayıq

Klubdan irqçi təhqirlərə SƏRT REAKSİYA: Futbolçumuzun yanındayıq

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

“Goranboy - Gənclər Paytaxtı 2026”nın açılış mərasimi keçirilib - FOTO

Bakıya qonaq gələn tələbə itkin düşdü

Bakıya qonaq gələn tələbə itkin düşdü

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Qış transfer pəncərəsinin ƏN BAHALI futbolçuları kimlər oldu?

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Aparıcılığa başlayan Rüfət Nasosnu ŞİKAYƏTLƏNDİ

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində İŞTİRAK EDİB - FOTO

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

SON DƏQİQƏ: İranda ZƏLZƏLƏ OLDU

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Mirzoyan Avropa Şurasının rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sülhü MÜZAKİRƏ EDİB

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Doğuş “Survivor”da Xoşqədəm Hidayətqızının məktubunu oxuyub AĞLADI - VİDEO

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Türkiyə klubu sabiq futbolçusunu yenidən heyətinə qatdı

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Trampın İranla bağlı bir sıra planları var - Ağ Ev

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir - HƏBS EDİLDİ

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Matetanın "Milan"a transferi niyə BAŞ TUTMADI?

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Fransa Ukraynada kritik infrastrukturun dəstəklənməsi üçün 70 milyon avro AYIRIR

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Məşhur türkiyəli müğənni 10 yaş balaca sevgilisi ilə NİŞANLANDI - VİDEO

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

Azərbaycan Kuboku: ¼ finalın təyinatları AÇIQLANDI

End of content

No more pages to load

RADİO