Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 77-ci günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus bir minik, 18 təminat avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 46, BQXK-nın isə 7 avtomobili keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bizim.Media