İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidentini qəbul etdi - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edib.

Bizim,Media xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Məhəmməd Süleyman Əl-Casir paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi doğurduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında çox uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bunu yüksək qiymətləndirib. Ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Qonaq qeyd edib ki, İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyündən fəxr hissi keçirir və ölkəmiz həmişə fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verir. Əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu deyən Məhəmməd Süleyman Əl-Casir həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Məhəmməd Süleyman Əl-Casir eyni zamanda bankın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində perspektiv layihələrə də maraq göstərdiklərini vurğulayıb, gələcəkdə ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu deyib. O, Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən “Elektron hökumət” sahəsində əldə etdiyi uğurlu təcrübənin bank tərəfindən digər ölkələrdə də tətbiq oluna biləcəyini bildirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev dünyada yeni çağırışların mövcud olduğu bir dövrdə bundan sonra da əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə bir daha toxunan dövlətimizin başçısı bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrinin bizim üçün ən prioritet sahələrdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirib və qeyd edib ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək. Dövlətimizin başçısı deyib ki, ölkəmizin uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak olub

Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak olub

Moskvada müştərini öldürən azərbaycanlı aşpaza hökm oxundu

Moskvada müştərini öldürən azərbaycanlı aşpaza hökm oxundu

Müəmmər Qəddafinin oğlu öldürüldü

Müəmmər Qəddafinin oğlu öldürüldü

Abituriyentlərin DİQQƏTİNƏ – Qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

Abituriyentlərin DİQQƏTİNƏ – Qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

DYP-dən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - VİDEO

Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - VİDEO

Bu işçilərə ikiqat maaş veriləcək

Bu işçilərə ikiqat maaş veriləcək

Həkimlər bunu da bacardı: Xəstənin tam itirilmiş görmə qabiliyyəti bərpa olundu

Həkimlər bunu da bacardı: Xəstənin tam itirilmiş görmə qabiliyyəti bərpa olundu

Əhaliyə XƏBƏRDARLIQ! Bakıya DƏHŞƏTLİ SOYUQLAR gəlir – Ciddi xəstəlik də yayılacaq

Əhaliyə XƏBƏRDARLIQ! Bakıya DƏHŞƏTLİ SOYUQLAR gəlir – Ciddi xəstəlik də yayılacaq

ABŞ İranın təklifi ilə RAZILAŞDI

ABŞ İranın təklifi ilə RAZILAŞDI

Ən kinli 3 bürc - Heç vaxt bağışlamırlar

Ən kinli 3 bürc - Heç vaxt bağışlamırlar

Trampla xanımını o tanış edib?

Trampla xanımını o tanış edib?

Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ

Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ

Leyla Əliyeva Şeyx Zayed məscidində - FOTO

Leyla Əliyeva Şeyx Zayed məscidində - FOTO

Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz

Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz

Külək güclənəcək, qar yağacaq – GÜNÜN HAVASI

Külək güclənəcək, qar yağacaq – GÜNÜN HAVASI

BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

Ronaldo komanda məşqlərinə də QOŞULMADI

Ronaldo komanda məşqlərinə də QOŞULMADI

"Əgər həmin vaxt bu baş versəydi, özümə qəsd edərdim"

"Əgər həmin vaxt bu baş versəydi, özümə qəsd edərdim"

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Klubdan irqçi təhqirlərə SƏRT REAKSİYA: Futbolçumuzun yanındayıq

Klubdan irqçi təhqirlərə SƏRT REAKSİYA: Futbolçumuzun yanındayıq

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

Həkim bədəni necə düzgün "təmizləmək" lazım olduğunu İZAH ETDİ

End of content

No more pages to load

RADİO