Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi əraziyə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı lövhələr quraşdırılıb.
Bizim.Media xəbər verir ki, lövhələrin üzərində rus və ingilis dillərində “Xocalıya ədalət” şüarı yer alıb.
Həmçinin aksiya iştirakçıları Yeniləmə: aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şuarlar səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 77 gündür davam edir.
Bizim.Media