Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə paylaşım XİN-nin rəsmi “Twitter” hesabında edilib.
“Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər olmalıdır”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media
