Rəsmi Bakı Ermənistan hökumətinin lisenziyası ilə mina istehsal edən şirkətin adını AÇIQLADI

“2022-ci ilin avqustunda Azərbaycan Laçın şəhəri, Zabux və Sus kəndlərinə tam nəzarəti bərpa etdi. Həmin ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş və Laçın yolu vasitəsilə gətirilmiş yeni minalar aşkarlandı”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq 2022-ci ilin sentyabrında məhkəməyə müraciət edilib və bu ilin yanvarında 4-də vəsatət qaldırılıb:

“Məhkəmədən istədiyimiz mina təhlükəsinin təhdid olaraq qalmasına dair qərar verməsidir. Bu, davam edən təhdid olduğuna görə, hesab edirik ki, məhkəmə təcili qərar çıxarmalıdır. Eyni zamanda, məhkəmə dinləmələri zamanı maraqlı məqamlar ortaya çıxdı.
Belə ki, Ermənistan xüsusən yeni minalarla bağlı ortaya qoyulan faktların heç birini təkzib edə bilmədi. Biz hətta bununla bağlı “Haykmek” adlı şirkətin adını təqdim etdik. Bu şirkət Ermənistan hökuməti tərəfindən verilmiş lisenziya əsasında mina istehsalı ilə məşğul olur.

Bundan öncə Ermənistan beynəlxalq təşkilatlarda verdiyi bəyanatlarda mina istehsal etmədiyini bildirirdi. Lakin Azərbaycan tərəfinin ortaya qoyduğu dəlillər bunu tam təkzib edib və dinləmələr zamanı qarşı tərəf faktiki olaraq bunu qəbul edib.

İkinci mövqeyimiz minaların Azərbaycan ərazisinə necə gətirilməsi ilə bağlı idi. Təbii ki, Laçın yolu vasitəsi ilə gətirilmişdi. Bununla bağlı da Ermənistan tərəfindən məhkəməyə hansısa təkzib verilə bilməyib.

Bu da o deməkdir ki, faktiki olaraq Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozub.

Üçüncü məqam, eyni zamanda, minaların həmin ərazilərdə basdırılması ilə yanaşı, Sus və Zabux kəndlərindəki bir çox evlərdə, hansı ki, əvvəllər azərbaycanlılara məxsus olub, oralarda mina tələlərinin aşkar edilməsidir. Onların şəkilləri məhkəmədə nümayiş etdirilib.

Aydın məsələdir ki, orada əvvəllər qanunsuz yaşamış adi mülki şəxslər bu mina tələlərini qura bilməzdi. Çünki bu, xüsusi hərbi bilik, səriştə tələb edən işdir. Təbii ki, bunlar erməni əsgərləri tərəfindən qurulub.

Bu da ondan xəbər verir ki, bu mina tələlərinin məqsədi mülki şəxslərin həmin evlərə qayıtmasına mane olmaqdır.

Məhkəmənin vəsatətimizlə bağlı qərarı ondan ibarət oldu ki, qısa müddətdə təqdim olunan sübutlar tam təfsilatı ilə qiymətləndirilə bilmir. Bu faktlara mahiyyəti üzrə baxıldıqdan sonra qiymət veriləcək. Növbəti illər ərzində bu məsələ gündəmdə olacaq.
Məhkəmə 2021-ci ilin dekabrında da eyni mövqedən çıxış etmişdi. Mina mövzusunda Beynəlxalq Ədalət Məhkəməsi sanki məsələdən bir az ehtiyatlanır. Biz mina mövzusunu bütün platformalarda qaldırmağa davam edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

Bu gün Azərbaycan Kubokunun 1/4 finalı başlayır

Bu gün Azərbaycan Kubokunun 1/4 finalı başlayır

Qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Tovuzda qadını maşın vuraraq öldürdü

Tovuzda qadını maşın vuraraq öldürdü

“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış – FOTO

“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış – FOTO

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR - VİDEO

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR - VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak olub

Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak olub

Moskvada müştərini öldürən azərbaycanlı aşpaza hökm oxundu

Moskvada müştərini öldürən azərbaycanlı aşpaza hökm oxundu

Müəmmər Qəddafinin oğlu öldürüldü

Müəmmər Qəddafinin oğlu öldürüldü

Abituriyentlərin DİQQƏTİNƏ – Qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

Abituriyentlərin DİQQƏTİNƏ – Qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

DYP-dən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - VİDEO

Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - VİDEO

Bu işçilərə ikiqat maaş veriləcək

Bu işçilərə ikiqat maaş veriləcək

Həkimlər bunu da bacardı: Xəstənin tam itirilmiş görmə qabiliyyəti bərpa olundu

Həkimlər bunu da bacardı: Xəstənin tam itirilmiş görmə qabiliyyəti bərpa olundu

Əhaliyə XƏBƏRDARLIQ! Bakıya DƏHŞƏTLİ SOYUQLAR gəlir – Ciddi xəstəlik də yayılacaq

Əhaliyə XƏBƏRDARLIQ! Bakıya DƏHŞƏTLİ SOYUQLAR gəlir – Ciddi xəstəlik də yayılacaq

ABŞ İranın təklifi ilə RAZILAŞDI

ABŞ İranın təklifi ilə RAZILAŞDI

Ən kinli 3 bürc - Heç vaxt bağışlamırlar

Ən kinli 3 bürc - Heç vaxt bağışlamırlar

Trampla xanımını o tanış edib?

Trampla xanımını o tanış edib?

Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ

Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ

Leyla Əliyeva Şeyx Zayed məscidində - FOTO

Leyla Əliyeva Şeyx Zayed məscidində - FOTO

Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz

Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz

Külək güclənəcək, qar yağacaq – GÜNÜN HAVASI

Külək güclənəcək, qar yağacaq – GÜNÜN HAVASI

BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO