XİN-dən Mirzoyana CAVAB: “Ermənistan XİN rəhbəri manipulyasiya ilə məşğul olur”

22 fevral tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyirik. Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd edilir ki, Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. 

Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciətinə BAXACAQ


Ermənistan tərəfinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina etməsi bir daha göstərir ki, Ermənistan tərəfinin əsl niyyəti etiraz aksiyalarının “blokada” və “gərgin humanitar vəziyyət” yaratdığı barədə iddialarını təkrarlamaqla yoldan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata zidd olan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirməkdir.

Bu bir daha sübut edir ki, əslində Laçın yolunda aksiyaların “humanitar vəziyyət” yaratdığı iddialarının heç bir əsası yoxdur və Ermənistan bu iddiadan yalnız siyasi məqsədləri üçün istifadə edir. 

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizm, habelə erməni sakinlərlə dialoq məsələsi barədə Ermənistanın iddialarına gəldikdə qeyd etmək istərdik ki, Münxen danışıqlarında açıq-aydın qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. 

Azərbaycan tərəfi həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir. 

Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır.

Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Azərbaycanda bütün limanlar BAĞLANDI

Azərbaycanda bütün limanlar BAĞLANDI

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

"Eşref Rüya"dan gedir – FOTO

"Eşref Rüya"dan gedir – FOTO

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

Bu gün Azərbaycan Kubokunun 1/4 finalı başlayır

Bu gün Azərbaycan Kubokunun 1/4 finalı başlayır

Qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Tovuzda qadını maşın vuraraq öldürdü

Tovuzda qadını maşın vuraraq öldürdü

“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış – FOTO

“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış – FOTO

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR - FOTO/VİDEO

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO