“Bakı və İrəvandan olan tərəfdaşlarımızı ikitərəfli münasibətlərin normallaşmasının bütün istiqamətləri üzrə birgə ritmik işi bərpa etməyə çağırırıq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Zaxarova qeyd edib ki, vəziyyətdən asılı olmayaraq, danışıqlar prosesinin istənilən bəhanə ilə dondurulması səmərəli deyil:
“Bu bəhanələr bütün Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərpası perspektivlərini bir-birindən ayırır”.
Bizim.Media