İranın günü-gündən artan erməni məhəbbəti... SİYASİ RİYAKARLIQ 

Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra İran ermənipərəst siyasətini daha qabarıq formada nümayiş etdirir. 

Bizim.Media xəbər verir ki, İran rəsmiləri vaxtaşırı olaraq Azərbaycanın ünvanına tənqid və təhdid dolu bəyanatlar səsləndirməkdən çəkinmirlər. Hətta fürsət düşdükcə fars-erməni qardaşlığı ilə bağlı mədhiyyələr də uydururlar. Molla rejiminin seçdiyi xüsusi xətlərdən biri də qondarma “erməni soyqırımı” ilə bağlıdır.

İran rəsmiləri Ermənistana səfərləri zamanı qondarma “Soyqırımı Memorialı”nı ziyarət etməyi artıq adət halına gətirməyə başlayıblar.

Son olaraq, fevralın 21-də İran Minatəmizləmə Mərkəzinin nümayəndə heyəti İrəvana səfər edərkən, sözügedən memorialı ziyarət etməyi, “qurban” ların ruhuna dualar oxumağı yaddan çıxarmayıblar. 

Daha əvvəl də “erməni soyqırımı” məsələsində İranın oxşar davranışlarına şahidlik etmişik.

Məsələn, 2004-cü ildə İranın o zamankı prezidenti Məhəmməd Hatəmi “Soyqırımı Memorialı”nı ziyarət edib.

2014-cü ildə qondarma soyqırımının ildönümü günü, 24 apreldə Tehran və İsfahanda dövlət qurumlarının icazəsilə izdihamlı mitinq təşkil edilib.

2015-ci ildə qondarma genosidin 100-cü ildönümündə Türkiyənin İrandakı səfirliyinin binası önündə etiraz nümayişinin keçirilməsinə də göz yumulub.

2020-ci il 24 apreldə isə İranın paytaxtı Tehran şəhərində qondarma "erməni soyqırımı"nın 105-ci "ildönümü" münasibətilə "anım tədbiri" keçirilib. Tədbirə Ermənistanın İrandakı səfiri, erməni din xadimləri ilə yanaşı Tehran rəsmiləri də qatılıblar.

Eyni zamanda, İranda molla rejimi hakimiyyətə gəldikdən sonra mütəmadi olaraq hər il qondarma soyqırımın ildönümünün açıq şəkildə yad edilməsinə şərait yaradılır.

Digər tərəfdən, İranın müxtəlif bölgələrində “erməni soyqırımı” ilə bağlı 8 abidə və heykəl qoyulub. Həmin abidələrin əksəriyyəti ötən əsrin 80-90-cı illərində məhz molla rejiminin hakimiyyəti dönəmində inşa edilib.

2021-ci il dekabrın 21-də İran İslam Respublikası Məclisinin bir qrup parlamentarisi İrəvana səfər zamanı qondarma “Soyqırımı Memorialı”nı ziyarət etməklə yanaşı, öz kədərlərini və türklərə qarşı qəzəb hissini ifadə etməyi də yaddan çıxarmayıblar.

İranın “erməni soyqırımı” ilə bağlı rəsmi mövqeyi...

Doğrudur, İran “erməni soyqırımı”nı dövlət səviyyəsində tanımır. Lakin sadalanan faktlardan da göründüyü kimi, qeyri-rəsmi formada molla rejimi sözügedən mövzuda ermənilərlə həmfikirdir. Əks təqdirdə, İran rəsmiləri bu cür davranış sərgiləməzdilər. 

İran ermənilərinin Hur Tədiqatlar İnstitututunun direktoru İsak Hunanesyan 2022-ci ilin 24 aprelində çıxışı zamanı Tehranın qondarma genosidə qarşı mövqeyi ilə bağlı bunları deyib:

“İran dövləti uzun illərdir sərgilədiyi davranış və hərəkətləri ilə bir növ “erməni soyqırımı”nı tanıdığını göstərib. İran həmin hadisələrin qurbanlarına qucaq açdı. Bunun bir nümunəsi də söz azadlığıdır ki, bizə (İran ermənilərinə) öz fikirlərimizi sərbəst ifadə etməyə imkan verir”.

Digər tərəfdən, İranın tanınmış “Mehr”, “İLNA” kimi xəbər agentlikləri 24 apreldə xüsusi reportajlar hazırlayaraq, 1915-ci il hadisələrini “soyqırımı” kimi təqdim edirlər.

Qeyd etdiyimiz faktlardan da göründüyü kimi, İranın qondarma soyqırımı iddiaları ilə bağlı de-fakto mövqeyi ermənilərin lehinədir.

Burada təbii ki, molla rejimin fars-şovinist mahiyyəti, türklərə qarşı düşmən mövqeyi əsas rol oynayır. Və görünən qədəri ilə, molla hökumətinin Azərbaycan və Türkiyəyə qarşı mövqeyi daha da radikallaşmaqla paralel olaraq, ermənilərə simpatiyası sürətlə artır. Yəni, bir neçə ildən sonra İran “erməni soyqırımı”nı rəsmi şəkildə tanıdığını elan etsə, gərək təəccüblənməyək...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Bakıda gənc oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Bakıda ağac maşınların üzərinə aşdı – VİDEO

Azərbaycanda bütün limanlar BAĞLANDI

Azərbaycanda bütün limanlar BAĞLANDI

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

NATO baş katibi: Rusiyanın zərbələri insanlara əzab verməyə yönəlib – VİDEO

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Rusiyadan Ermənistana AÇIQ TƏHDİD – Kremlin hərbi güc mesajının PƏRDƏARXASI

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Ucarda maskalı şəxslər mağazadan oğurluq etdilər – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Azərbaycanla İsrail arasında anlaşma memorandumu imzalandı – FOTO/VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda kafedən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

İnflyasiya proqnozu AÇIQLANDI – RƏSMİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

"Eşref Rüya"dan gedir – FOTO

"Eşref Rüya"dan gedir – FOTO

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

ABŞ Venesuelaya neft satışından yarım milyard dollar verdi

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Kəpəz" futbolçusunu bıçaqlayan şəxs SAXLANILDI

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 76 min dollara kimi ucuzlaşdı

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Səməd Vurğunun “Azərbaycan” şeirini illərdir yanlış öyrənmişik? – VİDEO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

Sürücülərə XƏBƏRDARLIQ: “Avtomobilinizi qış şinləri ilə təchiz edin!”

Bu gün Azərbaycan Kubokunun 1/4 finalı başlayır

Bu gün Azərbaycan Kubokunun 1/4 finalı başlayır

Qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Tovuzda qadını maşın vuraraq öldürdü

Tovuzda qadını maşın vuraraq öldürdü

“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış – FOTO

“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış – FOTO

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR - FOTO/VİDEO

İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLİR - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO